FIFA Türkiyənin iki klubuna transfer qadağası QOYDU

 20:02 14.10.2026     64

Türkiyənin "Antalyaspor" və "Fatih Karagümrük" klublarına transfer qadağası tətbiq edilib.

Redaktor.az "Ajansspor" nəşrinə istinadən xəbər verir ki, FIFA hər iki klubun transfer fəaliyyətini üç transfer pəncərəsi müddətinə məhdudlaşdırıb.

Klublar mübahisəli məsələləri həll edənədək yeni futbolçuları qeydiyyatdan keçirə bilməyəcəklər.

Qeyd edək ki, problemlər aradan qaldırılarsa, qadağanın ləğvi mümkündür.

Vumart və Güvən reklamı Vumart Güvən