Azərbaycanın minifutbol üzrə U-23 millisi dünya çempionatının pley-offuna yüksəldi

 17:06 15.10.2026     69

Azərbaycanın 23 yaşadək (U-23) minifutbolçulardan ibarət seçmə komandası Xorvatiyada təşkil olunan dünya çempionatında pley-off mərhələsinə vəsiqə təmin edib.

Redaktor.az xəbər verir ki, idmançılarımız növbəti matçında Slovakiya yığması ilə qarşılaşıb.

Gərgin keçən qarşılaşma təmsilçilərimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra milli komandamız pley-offda oynamaq hüququ əldə edib.

Qeyd edək ki, U-23 millimiz turnirdəki əvvəlki oyunlarında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiya yığmalarını eyni hesabla (4:2) məğlub edib, Rumıniya seçməsi ilə isə bərabərə qalıb (3:3).

Vumart və Güvən reklamı Vumart Güvən