Azərbaycan ağırlıqqaldıranı Avropada 3 medal QAZANDI

 21:40 15.10.2026     58

Azərbaycanlı ağırlıqqaldıran Fuad Həsənov Albaniyanın Dürres şəhərində keçirilən U-23 və gənclərin Avropa birinciliyində 2 gümüş və 1 bürünc medal qazanıb.

Redaktor.az xəbər verir ki, bu barədə  Azərbaycan Ağırlıqqaldırma Federasiyasından məlumat verilib.

70 kq çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırma hərəkətində 134 kq ağırlığın öhdəsindən gələrək ikinci olub.

Təkanla qaldırma növündə iso o,162 kq çəkini başı üzərinə qaldıraraq üçüncü olub.

Beləliklə 2 hərəkətin cəmində 296 kq nəticəyə imza atmış atlet Avropa birinciliyinin gümüş medalına yiyələnib.

Vumart və Güvən reklamı Vumart Güvən