Azərbaycanın qadın güləşçisi dünya ikincisi oldu

 10:29 16.10.2026     59

Azərbaycanın qadın güləşçisi Günay Qurbanova ABŞ-nin Las-Veqas şəhərində keçirilən U-23 dünya çempionatında gümüş medal qazanıb.

Redaktor.az xəbər verir ki, 59 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda ukraynalı Alina Filipoviçə sonuncu xal prinsipinə əsasən (4:4) məğlub olub.

Bununla da Azərbaycanın U-23 dünya çempionatında əldə etdiyi medalların sayı üçə çatıb. Daha əvvəl Elmir Əliyev (60 kiloqram) gümüş, Ruslan Nurullayev (77 kiloqram) bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, mundiala oktyabrın 18-də yekun vurulacaq.

Vumart və Güvən reklamı Vumart Güvən