Günel Bədəlova vitse-prezident SEÇİLDİ

 15:46 17.10.2026     101

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib.

Redaktor.az xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katibi Günel Bədəlova təmsil edib. Tədbir çərçivəsində ISMF-in prezidenti və vitse-prezidenti vəzifələrinə seçkilər keçirilib. Seçkilərin nəticələrinə əsasən, Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib.

Qeyd edək ki, bu seçim Azərbaycanın beynəlxalq idman təşkilatlarında təmsilçiliyinin artırılması ilə yanaşı, ölkəmizin qış idman növlərinin inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətin beynəlxalq səviyyədə təqdim olunması üçün yeni imkanlar yaradır.

Eyni zamanda, ISMF-in rəhbərliyində ali təmsilçilik Azərbaycan üçün xizək alpinizmi üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi, idmançıların və mütəxəssislərin beynəlxalq idman mühitinə inteqrasiyasının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

 

Vumart və Güvən reklamı Vumart Güvən