"Sabah" - "Borussiya" matçının hakimləri açıqlandı

 14:01 18.10.2026     67

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunun Bakıda keçiriləcək “Sabah”- “Borussiya” (Dortmund) görüşünün hakimləri bəlli olub.

Redaktor.az UEFA-ya istinadən xəbər verir ki, oyun ispaniyalı hakimlərə tapşırlıb.

Matçın baş hakimi Xavyer Alberola olacaq. Ona yan xətt hakimləri Alfredo Moreno və Karlos Alvarez Fernandes, həmçinin dördüncü hakim Viktor Qarsiya Verdura və VAR hakimi Sezar Soto kömək edəcək. 

Qeyd edək ki, “Sabah” – “Borussiya” matçı oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:45-də ba.lanacaq.

 

Vumart və Güvən reklamı Vumart Güvən