"Kəpəz" qələbəni əldən verdi: "Zirə"dən son dəqiqə qolu

 20:58 18.10.2026     121

Misli Premyer Liqasının VIII turunun son oyununda "Kəpəz" və "Zirə" komandaları qarşılaşıblar. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Redaktor.az xəbər verir ki, Gəncə şəhər stadionunda keçirilən matçda hesabı 57-ci dəqiqədə ev sahiblərinin futbolçusu Blessinq Olabiran açıb.

"Zirə" məğlubiyyətdən oyunun son dəqiqəsində xilas olub. Belə ki, 89-cu dəqiqədə David Volkov başla dəqiq zərbə endirərək hesabı bərabərləşdirib.

Bu nəticədən sonra 12 xalı olan "Zirə" turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. 11 xal toplayan "Kəpəz" isə yeddinci sıradadır.

Vumart və Güvən reklamı Vumart Güvən