Azərbaycan Premyer Liqasında VIII tura yekun vuruldu

 21:16 18.10.2026     67

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub.

Redaktor.az xəbər verir ki, son oyun günündə iki matç keçirilib.

Günün ilk görüşündə Yevlax şəhər stadionunda “İmişli” və “Turan Tovuz” komandaları üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər görüşdə isə “Kəpəz” Gəncədə “Zirə”ni qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında “Şamaxı” “Şəfa”ya 3:2, “Sumqayıt” “Araz-Naxçıvan”a 2:1, “Sabah” isə “Qəbələ”yə 4:0 hesabı ilə qalib gəlib. “Qarabağ” və “Neftçi” arasında keçirilən görüşdə isə 3:3 hesablı heç-heçə qeydə alınıb.

Vumart və Güvən reklamı Vumart Güvən