Ronaldoya 1 aylıq cəza VERİLDİ

 23:49 19.10.2026     109

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo komandanın düşərgəsini icazəsiz tərk etdiyinə görə cəzalandırılıb.

Redaktor.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyasının intizam şurası 41 yaşlı hücumçunu 30 gün müddətinə futboldan kənarlaşdırıb və 255 avro məbləğində cərimələyib. İntizam şurasının qərarında futbolçuya qarşı irəli sürülən ittihamların tam təsdiqini tapdığı bildirilib. Ronaldo qəsdən törədilmiş birdəfəlik intizam pozuntusunda təqsirli bilinib.

Buna səbəb baş məşqçi Jorje Jezuşun UEFA Millətlər Liqası çərçivəsində Norveçə qarşı keçirilən oyunda Ronaldonu meydana buraxmamasından sonra futbolçunun komandanı tərk etmək qərarı olub. Həmin qarşılaşmada Portuqaliya millisi 2:1 hesabı ilə qələbə qazanıb.

Bundan sonra Portuqaliya Futbol Federasiyası Ronaldonun milli komandanın oyunlarında iştirakını dayandırmaq barədə qərar qəbul edib. Həmin vaxt diskvalifikasiya müvəqqəti xarakter daşıyıb.

Vumart və Güvən reklamı Vumart Güvən