“Sabah”ın U-19 komandası “Borussiya” ilə qarşılaşacaq
“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında bu gün növbəti matçına çıxacaq.
Redaktor.az xəbər verir ki, Adino Mustedanaqiçin çalışdırdığı kollektiv Bakıda Almaniyanın “Borussiya” (Dortmund) klubunun U-19 komandası ilə münasibətlərə aydınlıq gətirəcək.
Əlincə Stadionunda keçiriləcək görüş saat 15:00-da başlayacaq. Qarşılaşmanı Gürcüstandan olan baş hakim Giorgi Avazaşvili idarə edəcək.
Qeyd edək ki, “Sabah” turnirin ilk turunda səfərdə İngiltərənin “Mançester Yunayted” klubuna 5, ikinci turda isə Bakıda Çexiyanın “Slaviya” komandasına 3 cavabsız qolla məğlub olub.












