Azərbaycanın U-16 millisi Hövsan Yarış Kompleksində ilk məşqinə çıxdı

 15:53 21.10.2026     55

Azərbaycanın U-16 milli komandası FIFA U-15 Dünya Çempionatı və Festivalı üçün inşa olunan Hövsan Yarış Kompleksində ilk məşqini keçirib.

Redaktor.az xəbər verir ki, hazırlıq prosesindən əvvəl A millinin baş məşqçisi Ayxan Abbasov futbolçular və məşqçi heyəti ilə görüşərək onlara turnirdə uğurlar arzulayıb.

Mütəxəssis gənc futbolçulara inamının yüksək olduğunu bildirib:

"15 yaşınızda dünya çempionatında iştirak etmək hüququ qazandığınız üçün çox şanslısınız. Bu, karyeranız boyunca unudulmaz xatirə kimi qalacaq. Sizə inamımız yüksəkdir".

Daha sonra A millinin baş məşqçisi yığmanın məşqini izləyib.

Azərbaycan millisi turnirdə ilk oyununu oktyabrın 24-də, saat 19:30-da "Crystal Hall"da Şərqi-Timor yığmasına qarşı keçirəcək. Seçmə komanda qrup mərhələsində Andorra, Avstraliya, İsrail və Haiti yığmaları ilə də qarşılaşacaq.

Vumart və Güvən reklamı Vumart Güvən