"Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırdır" - İnfantino

 10:30 23.10.2026     103

Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa və bir araya gətirməyə hazırdır.

Redaktor.az xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino şəxsi “Instagram” hesabında paylaşdığı videomüraciətdə bildirib.

"Dünya çempionatı sentyabrın 17-dən oktyabrın 9-dək keçiriləcək! Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa və bir araya gətirməyə hazırdır. Hər kəsə uğurlar, orada görüşənədək", - deyə İnfantino qeyd edib.

Qeyd edək ki, dünya çempionatı 24 komandanın iştirakı ilə keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən