Azərbaycanın U20 voleybol millisi bu gün Polşa ilə qarşılaşır
20 yaşadək qızlardan ibarət Azərbaycanın voleybol millisi Avropa çempionatının 1-ci təsnifat mərhələsində mübarizəyə başlayır.
Redaktor.az xəbər verir ki, Gürcüstanın Rustavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında yer alan yığmamız ilk sınağına bu gün çıxacaq.
Voleybolçularımız turnirin açılış matçında Polşa seçməsi ilə üz-üzə gələcəklər. Komandamız təsnifat mərhələsindəki növbəti görüşünü isə oktyabrın 24-də Latviya yığmasına qarşı keçirəcək.
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da start götürəcək.












