Qitələrarası Kubokunun final oyunu - Tarix və yer bəlli OLDU

 16:53 23.10.2026     64

FİFA Qitələrarası Kubokunun final matçının keçiriləcəyi tarixi və yeri açıqlayıb.

Redaktor.az xəbər verir ki, final oyunu dekabrın 16-da Qətərin Ər-Rayyan şəhərində yerləşən “Əhməd bin Əli” stadionunda keçiriləcək. 

Final mərhələsində Fransanın PSJ, Meksikanın “Toluka”, Cənubi Afrikanın “Mamelodi Sandaunz” komandalarının iştirakı dəqiqləşib. Sonuncu kollektiv isə Libertadores Kubokunun qalibi olacaq. Burada isə “Estudiantes” ilə “Palmeyras” üz-üzə gələcək.

Vumart və Güvən reklamı Vumart Güvən