"Zirə” öz meydanında “Sumqayıt”ı məğlub ETDİ
Azərbaycan Premyer Liqasında IX turun ikinci oyunu keçirilib.
Redaktor.az xəbər verir ki, turun ikinci oyununda “Zirə” “Sumqayıt”ı qəbul edib. Görüş “Zirə”nin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərinin heyətində qolları Ruan Renato, Rikardo Martins və Davit Volkov vurublar. “Sumqayıt”ın heyətində isə Nihat Əhmədzadə və Keffel Resende fərqləniblər. Bu nəticə ilə “Zirə” çempionatda 15 xalla 4-cü pilləyə yüksəlib, “Sumqayıt” isə 8 xalla 8-ci pillədə qərarlaşıb.
Turun start oyununda “Araz-Naxçıvan” “Qəbələ”ni qəbul edib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan Premyer Liqasında IX tura oktyabrın 25-də yekun vurulacaq.












