Azərbaycan idmançıları Avropa çempionatında qızıl və gümüş medal QAZANDILAR
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən natural bodibildinq və fitnes üzrə Avropa çempionatında Azərbaycan idmançıları uğurlu nəticələr əldə ediblər.
Redaktor.az xəbər verir ki, milli komandanın üzvü Xudadar Həmidov Men’s Sport Model – Pro kateqoriyasında qızıl medal qazanıb.
Milli komandanın digər üzvü Elmir Rzalı isə Jr. Men’s Athletic kateqoriyasında gümüş medala sahib olub.
Qeyd edək ki, Elmir Rzalı Vətən müharibəsində şəhid olmuş Əli Rzalının qardaşıdır.
Xudadar Həmidov isə Avropa və dünya çempionudur, eyni zamanda, böyüklərdən ibarət Azərbaycan milli komandasının məşqçisidir.
Xədicə BAXIŞLI




















