"Bavariya"nın baş məşqçisi xəstəxanaya yerləşdirilib
Almaniyanın “Bavariya” komandasının baş məşqçisi Vensan Kompani məşqdən sonra özünü pis hiss etdiyi üçün xəstəxanaya yerləşdirilib.
Redaktor.az xəbər verir ki, klubun məşq bazasında keçirilən məşqdən sonra 40 yaşlı mütəxəssisin halı qəfil pisləşib. Ona ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Hadisədən əvvəl məşq bazasına xilasetmə helikopterinin də endiyi bildirilib.
Qeyd edək ki, Vensan Kompani ötən həftə virus infeksiyasına yoluxub. Səhhətində yaranan problemlər səbəbindən belçikalı mütəxəssis son günlər bəzi tədbirlərdə və məşqlərdə iştirak edə bilməyib.
Baş məşqçinin hazırkı vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.












