Sən ağıllısan, amma mən də axmaq deyiləm! - Mourinyo

 16:23 24.10.2026     56

“Real”ın baş məşqçisi Joze Mourinyo “Barselona” ilə qarşılaşma öncəsi komandasının taktiki planları barədə danışmaq istəməyib.

Redaktor.az xəbər verir ki, portuqaliyalı mütəxəssis La Liqanın 10-cu turunda oktyabrın 25-də keçiriləcək “El-Klasiko” öncəsi jurnalistin suallarını cavabsız qoyub.

“‘El-Klasiko” üçün planınız nədir? Hansı taktiki gedişləri düşünürsünüz?” sualına Mourinyo belə cavab verib:

“Sənə cavab verməyəcəyəm. Yaxşısı budur, başqa sual ver. Planlar, kimin oynayacağı və komandanın oyun strukturu barədə danışmayacağam”.

Jurnalist daha sonra “Barselona”nın müdafiədə zəif olduğunu xatırladaraq “Bu səbəbdən daha çox hücum edəcəksiniz?” sualını ünvanlayıb.

Mourinyo isə gülümsəyərək belə deyib: “Sən ağıllısan, amma mən də axmaq deyiləm!”

Qeyd edək ki, “Barselona” 27 xalla turnir cədvəlinə başçılıq edir. “Real” isə 21 xalla üçüncü pillədə qərarlaşıb.

Vumart və Güvən reklamı Vumart Güvən