Millimiz dünya çempionatına qələbə ilə BAŞLADI

 21:22 24.10.2026     142

Azərbaycan millisi Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında mübarizəyə başlayıb.

Redaktor.az  xəbər verir ki, U-16 yığmamız Bakı Kristal Zalında Timor-Leste komandası ilə qarşılaşıb.

Görüş Famil Xəlilovun yetirmələrinin 6:0 hesablı böyük qələbəsi ilə başa çatıb. Millimizin heyətində Müşfiq Zamanov (2), Həsən Məmmədov (2), Yusif Əlizadə və Asif Allahverdizadə fərqləniblər.

Yığmamız növbəti görüşünü oktyabrın 24-də Andorra komandasına qarşı keçirəcək.

Qeyd edək ki, turnirin ilk oyunlarına oktyabrın 23-də start verilib. İlk dəfə keçirilən turnir FIFA-ya üzv 189 milli assosiasiyadan olan gənc futbol istedadlarını Bakıda bir araya gətirir.

 

Vumart və Güvən reklamı Vumart Güvən