İnfantino Bakıda keçirilən dünya çempionatının əhəmiyyətindən DANIŞDI
FIFA prezidenti Canni İnfantino Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalının dünyanı bir araya gətirdiyini bildirib.
Redaktor.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri bu fikirləri yarışın açılış mərasimində çıxışı zamanı səsləndirib.
"Futbol hər kəsə məxsusdur. Bizim üçün hər bir istedadlı oyunçuya şans vermək vacibdir. U-15 dünya çempionatı və festivalı həqiqətən də dünyanı birləşdirir", - deyə Canni İnfantino vurğulayıb.
Qeyd edək ki, turnirdə FIFA-ya üzv 189 ölkənin komandaları iştirak edir. Yarış çərçivəsində ümumilikdə 1 000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulub.
Oktyabrın 30-dək davam edəcək çempionatın oyunları Hövsan Yarış Kompleksində təşkil olunacaq. Açılış və final mərasimləri isə Bakı Kristal Zalında keçiriləcək.












