“Fənərbağça” “Qalatasaray”a qarşı: İstanbul derbisi

 10:22 26.10.2026     73

Bu gün futbol üzrə Türkiyə Superliqasında IX tura yekun vurulacaq.

Redaktor.az xəbər verir ki, turun bağlanış oyunu İstanbul derbisi ilə əlamətdar olacaq.

Prinsipial qarşılaşmada “Qalatasaray” və “Fənərbağça” komandaları üz-üzə gələcəklər. “Rams Park” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Matçı Atilla Karaoğlan idarə edəcək.

Turnir cədvəlində “Qalatasaray” 19 xalla 2-ci, “Fənərbağça” isə 16 xalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, günün digər matçlarında “Beşiktaş” “başakşəhər”i, “Rizəspor” isə “Trabzonspor”u qəbul edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən