“12 milyona alınan stadionda oturacaqlar sınıqdır” - “Sabah”dan iradlara cavab - VİDEO

 13:52 26.10.2026     137

Ötən gün keçirilən “Sabah” – “Qarabağ” matçına gələn azarkeşlər “Sabah”ın yeni stadionunun şəraitsizliyi ilə bağlı sosial şəbəkədə tənqidi fikirlər səsləndiriblər.

Redaktor.az xəbər verir ki, paylaşılan görüntülərdə azarkeşlərin matça çətinliklə gəlib çatdığı əks olunub.

Bildirilib ki, stadionun parkinq zonası boş olsa da, onları ictimai parkinq adı ilə dəniz qırağına göndəriblər. Tıxac və yolların palçıqlı olması səbəbilə azarkeşlər matça gecikib. Həmçinin qeyd edilib ki, 12 milyona alınan yeni stadionda köhnə, sınıq oturacaqlar qoyulub.

Məsələ ilə bağlı klubdan “Qafqazinfo”ya bildirildi ki, oyuna gələn tərəfdarların bütün narazılıqları nəzərə alınır və onlar üçün daha yaxşı şəraitin yaradılması istiqamətində işlər davam etdirilir: “Stadionla bağlı azarkeşlərimizin hər bir müraciətinə ciddi yanaşır, səsləndirilən irad və təklifləri nəzərdən keçirərək müvafiq tədbirlər görməyə çalışırıq. Hazırda “Sabah Arena”da şəraitin yaxşılaşdırılması istiqamətində işlər davam edir. Növbəti oyunlarda azarkeşlərimiz üçün daha rahat şərait yaratmaq məqsədilə lazımi addımlar atacağıq”.

Vumart və Güvən reklamı Vumart Güvən