“Qızıl top”un qalibinin adı səhvən yayımlandı - FOTO
"Qızıl top"un rəsmi saytı 2026-cı il mükafatının sahibinin adı ilə bağlı paylaşımı səhvən dərc edib.
Redaktor.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs "X" sosial şəbəkəsində məlumat verib.
Belə ki, saytda üç "qalib"lə bağlı məlumatlar yerləşdirilib: Harri Keyn ("Bavariya"), Lamin Yamal ("Barselona") və Kilian Mbappe ("Real"). Daha sonra həmin səhifələr silinib.
Qeyd edək ki, 70-ci "Qızıl top" mərasimi oktyabrın 26-da 27-nə keçən gecə Londonda keçiriləcək. Mərasim ilk dəfə Fransadan kənarda təşkil olunacaq. Əsas hissə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.













