Azərbaycanın üç idmançısı məğlub oldu - Dünya çempionatı

 14:00 27.10.2026     61

Azərbaycanın iki qadın güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatının 1/8 finalında məğlub olub.

Redaktor.az xəbər verir ki, milli üzvlərindən Jalə Əliyeva (57 kq) və Birgül Soltanova (65 kq) rəqiblərinə uduzublar.

J.Əliyevə ilk görüşündə macar Tamara Dollaka qalib gəlsə də, polşalı Maqdalena Qlodek Liszevska ilə bacarmayıb.

B.Soltanova isə birinci qarşılaşmada Nabira Esenbayevanın (Özbəkistan) müqavimətini qıra bilməyib.

Rəqiblər finala çıxsa, hər iki idmançı təsəlliverici seansda çıxış edəcək.

Bundan əlavə, yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) ikinci təsəlliverici görüşdə məğlub olaraq bürünc medal şansını itirib.

Digər yunan-Roma güləşçilərindən Nihat Məmmədli (63 kq) bu gün finalda Karen Aslanyanla (Ermənistan) üz-üzə gələcək. Həsrət Cəfərov (67 kq) isə bürünc medal uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.

Vumart və Güvən reklamı Vumart Güvən