Mbappenin zarafatı iki sponsorunu itirməsinə səbəb oldu
İspaniyanın “Real Madrid” klubunun və Fransa millisinin futbolçusu Kilian Mbappe iki Çin şirkəti ilə sponsorluq müqavilələrini itirib.
Redaktor.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, buna 28 yaşlı hücumçunun internetdə yayılan videoda səsləndirdiyi fikirlər səbəb olub.
Videoda Mbappe, ehtimal ki, Mao Zedongu nəzərdə tutan "filankəs - məncə, bu Çin diktatorudur" şəklinin üzərinə üzünün qoyulduğu memi ən gülməli mem adlandırıb.
İçki istehsalçısı olan “Dongpeng” şirkəti Mbappe ilə əməkdaşlığı dayandırdığını açıqlayıb. Şirkət qərarını milli hissləri təhqir edən hərəkətlərə qarşı sıfır tolerantlıq siyasəti ilə əsaslandırıb.
Çinin ən böyük süd məhsulları istehsalçısı olan “Mengniu” şirkəti də futbolçu ilə əməkdaşlığa son qoyduğunu bəyan edib.
Qeyd edək ki, Mbappe ötən gün 2026-cı ilin “Qızıl top” mükafatı uğrunda səsvermədə İngiltərə millisinin və Almaniyanın “Bavariya” klubunun hücumçusu Harri Keyndən geri qalıb.












