Mbappe Mao Tszedunla bağlı zarafata görə Çində futbol oyunlarına buraxılmaya BİLƏR
“Real Madrid”in futbolçusu Kilian Mbappe Mao Tszedunla bağlı zarafatı səbəbindən Çində FC Online və PES futbol simulyatorlarından çıxarıla bilər.
Redaktor.az xəbər verir ki, bu barədə “Footmercato” nəşri məlumat yayıb.
PES oyununun nəşriyyatçıları məsələ ilə bağlı bildiriblər: “İdman milli sərhədləri aşır, lakin qarşılıqlı hörmət hər zaman qorunmalıdır”.
Hadisəyə səbəb Mbappenin sosial şəbəkələrdə yayılan videosu olub. Futbolçu üzünün hansısa şəxsin, ehtimal ki, Çin diktatoru Mao Tszedunun təsviri üzərinə yerləşdirildiyi memi ən gülməli mem adlandırıb.
Hadisədən qısa müddət sonra Çinin “Dongpeng” və “Mengniu” şirkətləri hücumçu ilə reklam müqavilələrini ləğv ediblər. Şirkətlər milli hissləri təhqir edən hərəkətlərə qarşı sıfır tolerantlıq siyasəti yürütdüklərini bildiriblər.
Qeyd edək ki, Mbappe oktyabrın 26-da 2026-cı ilin “Qızıl top” mükafatı uğrunda səsvermədə İngiltərə millisinin və “Bavariya”nın hücumçusu Harri Keynə uduzub. Fransa millisinin futbolçusu karyerası ərzində hələ bu nüfuzlu mükafatı qazana bilməyib.
Xatırladaq ki, Mbappe daha əvvəl Mao Tszedunla bağlı zarafata görə Çindən üzr istəyib.
Xədicə BAXIŞLI












