Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyunları davam edir
Azərbaycan Kubokunun 2026/27 mövsümündə II təsnifat mərhələsinin oyunları davam edir.
Redaktor.az xəbər verir ki, bu gün mərhələ çərçivəsində beş qarşılaşma keçiriləcək.
Günün ilk oyunları saat 14:00-da başlayacaq. "İmişli" "Qaradağ Lökbatan", MOİK isə "Şahdağ Qusar" komandası ilə qarşılaşacaqlar. Eyni vaxtda "Hypers" və "Şamaxı" da münasibətlərinə aydınlıq gətirəcəkl'r.
Saat 16:00-da "Şəfa" "Ağstafa Gəncləri"ni qəbul edəcək. Günün son matçında isə saat 19:00-da "Kəpəz" və "Baku Sportinq" komandaları qarşılaşacaqlar.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
28 oktyabr
14:00. "İmişli" - "Qaradağ Lökbatan";
14:00. MOİK - "Şahdağ Qusar";
14:00. "Hypers" - "Şamaxı";
16:00. "Şəfa" - "Ağstafa Gəncləri";
19:00. "Kəpəz" - "Baku Sportinq".
Qeyd edək ki, II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.












