Azərbaycan millisi Çiliyə uduzdu - YENİLƏNİB
Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatında növbəti oyununu keçirib.
Redaktor.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv C Divizionunun 1/16 final mərhələsində Çili yığması ilə üz-üzə gəlib. Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Milli komandamız növbəti görüşdə Cəbəllütariq yığmasını sınağa çəkəcək.
U-16 mundialdakı ilk oyununda Timor-Lesteni 6 cavabsız qolla üstələyib, İsraili məğlub edib - 3:1. Andorraya minimal hesabla (1:0) qalib gələn millimiz Avstraliyaya 1:3, Haitiyə 0:4 hesabı ilə uduzub. Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv hazırda 65-96-cı yerlər uğrunda mübarizə aparır.
Dünya çempionatı oktyabrın 30-da Bakı Kristal Zalında keçiriləcək altı final oyunu, mükafatlandırma və bağlanış mərasimi ilə yekunlaşacaq.
***
Bakıda təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalında Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.
Redaktor.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda C Divizionunun 1/16 final mərhələsində Çili yığması ilə üz-üzə gələcək.
Hövsan Yarış Kompleksinin 7B stadionunda keçiriləcək görüş saat 11:30-da başlayacaq.
Bu cütün qalibi növbəti mərhələdə Belarus – Cəbəllütariq qarşılaşmasının güclüsü ilə, məğlub tərəf isə həmin duelin uduzanı ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsini 9 xalla üçüncü pillədə başa vuraraq C Divizionuna vəsiqə qazanıb. Yığma Timor-Lesteni 6:0, Andorranı 1:0, İsraili isə 3:1 hesabı ilə məğlub edib. Komanda Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub.












