Lamin Yamalın atasından hava limanında SKANDAL: Gödəkçəyə görə dava saldı

 12:44 28.10.2026     68

“Barselona”nın futbolçusu Lamin Yamalın atası Münir Nəsraui “Qızıl top”un təqdimetmə mərasiminə yollanarkən qalmaqala səbəb olub.

Redaktor.az xəbər verir ki, o, Barselona Hava Limanının gözləmə zalındakı kafelərdən birində qalmaqal yaradıb. 

Hadisəyə Nəsrauinin gödəkçəsini qadağan olunmuş yerə asması səbəb olub. Bu zaman kafe işçilərindən biri ondan gödəkçəsini həmin yerdən götürməsini istəyib. Yamalın atası isə buna etiraz edib və kafe işçisi ilə mübahisəyə başlayıb. 

Nəticədə hadisəyə hava limanının təhlükəsizlik xidməti müdaxilə edib. 

Vumart və Güvən reklamı Vumart Güvən