"İnter" avtoqollarla "Venesiya"ya qalib GƏLDİ
"İnter" İtaliya A Seriyasının 9-cu turunun səfər matçında "Venesiya"ya qalib gəlib - 2:0.
Redaktor.az xəbər verir ki, meydan sahibləri iki avtoqola imza atıblar.
79-cu dəqiqədə Matias Moreno, 82-ci dəqiqədə isə Akor Adams topu öz qapısından keçirib.
Qələbə sayəsində "İnter" xallarının sayını 25-ə çatdırıb və əlavə göstəricilərə görə "Latsio"nu (25 xal) qabaqlayaraq turnir cədvəlinə başçılıq edir. "Venesiya" isə 3 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.












