Futbol üzrə Azərbaycan Kubokunun II təsnifat mərhələsinə yekun vuruldu

 18:00 29.10.2026     60

Futbol üzrə Azərbaycan Kubokunun II təsnifat mərhələsinə yekun vurulub.

Redaktor.az xəbər verir ki, mərhələnin son oyun günündə iki qarşılaşma baş tutub.

"Karvan-Yevlax" səfərdə "Zəngəzur"u 4:1 hesabı ilə məğlub edib. "Xankəndi" isə evdə "Gəncəbasar"a 2:3 hesabı ilə uduzub.

Xatırladaq ki, raundun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Şimal"ı (6:0), "Marafon" "Zaqatala"nı (1:0), "Sumqayıt" "Kür-Araz"ı (11:0), "Qəbələ" "Mingəçevir"i (3:0), "Zirə" "Səbail"i (2:2, p. - 3:2), "İmişli" "Qaradağ Lökbatan"ı (4:1), "Şamaxı" "Hypers"i (5:1), "Şahdağ Qusar" MOİK-i (9:1), "Şəfa" "Ağstafa Gəncləri"ni (9:2), "Kəpəz" "Baku Sportinq"i (3:1) məğlub edib.

Vumart və Güvən reklamı Vumart Güvən