Didye Deşam “Yuventus”u çalışdıra bilər
Fransa millisinin sabiq baş məşqçisi Didye Deşam İtaliyanın “Yuventus” klubunu çalışdıra bilər.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin təmsilçisinin rəhbərliyi 58 yaşlı mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir.
Klub rəhbərliyi hazırda işsiz olan Deşama rəsmi təklif göndərməyi planlaşdırır. Buna səbəb A Seriyası təmsilçisi “Yuventus”un turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşmasıdır.
Hazırki baş məşqçi Lusiano Spalettinin gələcəyi həftəsonu “Napoli” ilə keçiriləcək qarşılaşmadan sonra müəyyənləşəcək.
Qeyd edək ki, Didye Deşam 2026-cı il dünya çempionatından sonra Fransa millisindın ayrılıb. Fransa yəığması mundialı dördüncü yerdə başa vurub.













