“Beşiktaş” “Hapoel Beer-Şeva” ilə Gürcüstanda qarşılaşacaq
Türkiyənin “Beşiktaş” futbol klubunun UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda İsrail təmsilçisi “Hapoel Beer-Şeva” ilə keçirəcəyi qarşılaşmanın yeri dəqiqləşib.
Redaktor.az xəbər verir ki, bu barədə “Beşiktaş” JK rəsmi məlumat yayıb.
Məlumata görə, mübarizə noyabrın 26-da Gürcüstanın Batumi şəhərində yerləşən “Batumi Stadium”da baş tutacaq. Qarşılaşma azarkeşlərin iştirakı üçün açıq olacaq.
Klubdan bildirilib ki, bilet satışı ilə bağlı təfərrüatlı məlumat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.













