Baş məşqçilər dava etdi - VİDEO
Norveçi Çempionlar Liqasında təmsil edən “Budyo Qlimt” və “Vikinq”in ölkə çempionatının 25-ci turunda üz-üzə gəldiyi matçda qalmaqal yaşanıb.
Redaktor.az xəbər verir ki, matçın 45+4-cü dəqiqəsində “Budy Qlimt”in baş məşqçisi Xyetil Knutsen və onun həmkarı Morten Yensen texniki zonada bir-biri ilə mübahisə edib.
Matçı idarə edən norveçli FIFA referisi Espen Eskos hər iki baş məşqçiyə birbaşa qırmızı vərəqə göstərib. Qarşılaşma “Budyo Qlimt”in 3:2 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, “Vikinq” Çempionlar Liqasında “Sabah”ın rəqibidir və tərəflər arasında oyun noyabrın 5-də Norveçdə baş tutacaq.













