İki güləşçimiz dünya çempionatının yarımfinalında

 14:48 31.10.2026     75

Azərbaycanın iki sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.

Redaktor.az xəbər verir ki, 57 kq çəki dərəcəsində yarışan İslam Bazarqanov 1/4 finalda yaponiyalı Yamato Oqavaya tam üstünlüklə (12:2) qalib gəlib.

Cəbrayıl Hacıyev (79 kq) isə eyni mərhələdə türkiyəli Okan Tahtacını 9:3 hesabı ilə üstələyib.

Vumart və Güvən reklamı Vumart Güvən