"Barselona" rəqibini darmadağın etdi - Kataloniyada qol şousu

 02:10 01.11.2026     144

İspaniya La Liqasının növbəti turunda “Barselona” doğma meydanda “Alaves”i qəbul edib.

Redaktor.az xəbər verir ki, Kataloniya təmsilçisi qarşılaşmada böyük üstünlük nümayiş etdirərək rəqibini 6:1 hesabı ilə məğlub edib.

İlk hissədə 4 qol

Oyuna fəal başlayan “Barselona” 8-ci dəqiqədə Rafinianın qolu ilə hesabı açıb. Fermin Lopezin ötürməsindən sonra fərqlənən braziliyalı futbolçu 41-ci dəqiqədə yenidən rəqib qapısına yol taparaq dublunu rəsmiləşdirib.

23-cü dəqiqədə Fermun Lopez özü də qol vurub. İlk hissəyə əlavə olunmuş 1-ci dəqiqədə Lamin Yamal fərqi artırıb. Beləliklə, komandalar fasiləyə meydan sahiblərinin 4:0 hesablı üstünlüyü ilə yollanıblar.

İkinci hissədə daha 2 qol

Fasilədən sonra da hücumlarını davam etdirən “Barselona” 64-cü dəqiqədə Lamin Yamalın ikinci qolu ilə hesabı 5:0-a çatdırıb. 81-ci dəqiqədə Entoni Qordon fərqlənərək komandasının altıncı qolunu vurub.

“Alaves”in təsəlli qoluna isə 84-cü dəqiqədə Mariano Diaz imza atıb. Nəticədə qarşılaşma “Barselona”nın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın statistik göstəriciləri

  • Topa sahibolma: “Barselona” – 77%, “Alaves” – 23%
  • Gözlənilən qollar (xG): 3,19 – 0,62
  • Qapı çərçivəsinə zərbələr: 7 – 3
  • Qazanılmış ikili mübarizələr: 59% – 41%

Turnir cədvəlində vəziyyət

Bu qələbədən sonra “Barselona” xallarının sayını 30-a çatdıraraq turnir cədvəlinin liderliyinə yüksəlib. Kataloniya təmsilçisi ən yaxın izləyicisi “Atletiko Madrid”i 2 xal qabaqlayır.

“Alaves” isə 12 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Turan ASLAN

22
Vumart və Güvən reklamı Vumart Güvən