Azərbaycan Basketbol Liqasında V tura iki oyunla yekun vuruldu

 16:02 01.11.2026     76

Azərbaycan Basketbol Liqasında V tura son iki oyunla yekun vurulub.

Redaktor.az-ın məlumatına görə, Gəncə İdman Sarayında NTD ilə üz-üzə gələn "Gəncə" 100:80 hesablı qələbəyə sevinib.

"Sabah" isə Bakı İdman Sarayında "Sumqayıt"ı məğlub edib - 100:85.

Xatırladaq ki, turun əvvəlki görüşlərində "Ordu" "Naxçıvan"a "84:76, "Neftçi" isə "LANDAU Lions"a 86:84 hesabı ilə qalib gəlib.

Vumart və Güvən reklamı Vumart Güvən