“Kəpəz” “İmişli”ni bir qolla məğlub ETDİ

 19:55 01.11.2026     130

“Kəpəz” Azərbaycan Premyer Liqasının X turunda “İmişli” üzərində qələbə qazanıb.

Redaktor.az xəbər verir ki, Gəncə təmsilçisi rəqibini 1:0 hesabı ilə məğlub edib.

Gəncə şəhər stadionunda keçirilən qarşılaşmanın taleyini Namiq Ələskərovun vurduğu yeganə qol həll edib.

Qeyd edək ki, turun daha əvvəl keçirilən “Turan Tovuz” – “Sabah” matçında meydan sahibləri 3:2 hesabı ilə qalib gəliblər. “Araz-Naxçıvan” – “Zirə” görüşü 2:2, “Qəbələ” – “Qarabağ” qarşılaşması isə 0:0 hesabı ilə başa çatıb.

“Şamaxı” – “Neftçi” matçında qonaqlar 3:2 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, tura sabah keçiriləcək “Sumqayıt” – “Şəfa” oyunu ilə yekun vurulacaq.

Vumart və Güvən reklamı Vumart Güvən