“Sumqayıt” “Şəfa”nı qəbul edir
Azərbaycan Premyer Liqasının X turunda bu gün daha bir qarşılaşma keçiriləcək.
Redaktor.az xəbər verir ki, turun son oyununda “Sumqayıt” doğma meydanda “Şəfa” ilə üz-üzə gələcək.
SOCAR Polymer Arenada keçiriləcək görüş saat 19:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi Nicat İsmayıllı olacaq.
Qeyd edək ki, turun daha əvvəl keçirilən oyunlarında “Turan Tovuz” “Sabah”ı, “Neftçi” “Şamaxı”nı 3:2, “Kəpəz” isə “İmişli”ni 1:0 hesabı ilə məğlub edib. “Araz-Naxçıvan” “Zirə” ilə, “Qəbələ” isə “Qarabağ”la heç-heçə edib – müvafiq olaraq 2:2 və 0:0.
Azərbaycan Premyer Liqası
X tur
2 noyabr
19:00. “Sumqayıt” – “Şəfa”
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əli Əliyev
SOCAR Polymer Arena













