“Xilasedici” Çempionlar Liqasında mübarizəyə başlayır

 16:36 02.11.2026     65

“Xilasedici” komandası Avropa Voleybol Konfederasiyası (CEV) Çempionlar Liqasının ikinci təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Redaktor.az xəbər verir ki, təmsilçimiz bu raundda Portuqaliyanın “Sportinq CP Lisboa” klubu ilə qarşılaşacaq.

Komandalar arasında ilk görüş noyabrın 3-də Bakıda, Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək. Qarşılaşma saat 18:00-da başlayacaq.

Qeyd edək ki, cütün cavab oyunu noyabrın 11-də Portuqaliyada təşkil olunacaq.

Vumart və Güvən reklamı Vumart Güvən