Qadınlararası Millətlər Liqası: Azərbaycan millisinin rəqibləri bəlli oldu
UEFA Qadınlararası Millətlər Liqasının liqa mərhələsinin püşkatma mərasimi keçirilib.
Redaktor.az-ın AFFA-ya istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatmanın nəticələrinə əsasən, Azərbaycanın qadınlardan ibarət milli komandasının rəqibləri bəlli olub.
C Liqasının 2-ci qrupunda (Liqa C2) mübarizə aparacaq millimiz Latviya, Gürcüstan və Lixtenşteyn yığmaları ilə üz-üzə gələcək.
Qeyd edək ki, Qadınlararası Millətlər Liqasının liqa mərhələsinin oyunları 2027-ci ilin fevral - iyun aylarında keçiriləcək.













