UEFA Çempionlar Liqasında IV turun növbəti matçları keçiriləcək

 09:49 04.11.2026     76

UEFA Çempionlar Liqasının liqa mərhələsinin IV turunda növbəti oyunlar keçiriləcək.

Redaktor.az xəbər verir ki, tur çərçivəsində daha 9 qarşılaşma baş tutacaq.

Günün maraqla gözlənilən qarşılaşmalarından birində Türkiyə təmsilçisi "Fənərbağça" öz meydanında İngiltərənin "Liverpul" klubunu qəbul edəcək. "Sabah"ın Çempionlar Liqasındakı rəqiblərindən olan "Napoli" Portuqaliyada "Portu"nun, "Arsenal" isə Çexiyada "Slaviya"nın qonağı olacaq.

Günün digər diqqətçəkən matçlarında "Real Madrid" Yunanıstanda "AEK"-i, "Mançester Siti" isə Almaniyada "RB Leypziq"i sınağa çəkəcək.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, IV tur

21:45

AEK (Yunanıstan) – "Real Madrid" (İspaniya)

"Fənərbağça" (Türkiyə) – "Liverpul" (İngiltərə)

00:00

"Borussiya" (Dortmund, Almaniya) – "Betis" (İspaniya)

"Portu" (Portuqaliya) – "Napoli" (İtaliya)

"Lans" (Fransa) – "Komo" (İtaliya)

PSV (Niderland) – "Brügge" (Belçika)

"RB Leypziq" (Almaniya) – "Mançester Siti" (İngiltərə)

"Slaviya" (Çexiya) – "Arsenal" (İngiltərə)

"Vikinq" (Norveç) – "Sabah" (Azərbaycan).

Vumart və Güvən reklamı Vumart Güvən