Avropa Liqasında IV tura start veriləcək
UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turuna bu gün start veriləcək.
Redaktor.az xəbər verir ki, Fransanın “Renn” klubu doğma meydanda Yunanıstan təmsilçisi “Olimpiakos” ilə qarşılaşacaq.
Görüşün start fiti Bakı vaxtı ilə saat 19:30-da səsləndiriləcək.
Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək.
UEFA Avropa Liqası
Liqa mərhələsi
IV tur
4 noyabr
19:30. “Renn” (Fransa) – “Olimpiakos” (Yunanıstan)













