Azərbaycan Premyer Liqasının XI turu "Zəfər turu" adlandırıldı

 13:02 04.11.2026     73

Misli Premyer Liqasının XI turu "Zəfər turu" elan edilib.

Bu barədə Redaktor.az-a Peşəkar Futbol Liqasından (PFL) məlumat verilib.

PFL Vətən müharibəsində şanlı qələbənin 6-cı ildönümü ilə əlaqədar bu qərarı qəbul edib.

XI turun oyunlarından əvvəl stadionlarda Dövlət Himni səsləndiriləcək.

Xatırladaq ki, XI turun matçları noyabrın 6-8-də keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən