Azərbaycan parakarateçisi Avropa çempionu oldu

 18:38 04.11.2026     70

Azərbaycan paralimpiyaçısı Aysel Əhmədli Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 16-cı "WSF - şotokan karate" üslubu üzrə Avropa çempionatında qızıl medal qazanıb.

Bu barədə Redaktor.az-a Milli Paralimpiya Komitəsindən məlumat verilib.

İki gün davam edən yarışda parakarate üzrə K10 kateqoriyasında mübarizə aparan idmançı bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Vumart və Güvən reklamı Vumart Güvən