“Qarabağ” “Dinamo”ya, “Sabah” “Vikinq”ə darmadağınla məğlub oldu
“Sabah” və “Qarabağ” klublarının U-19 komandaları UEFA Gənclər Liqasında növbəti oyunlarını keçiriblər.
Redaktor.az xəbər verir ki, “Sabah” əsas mərhələnin IV turunda Norveçdə “Vikinq”in müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayıb və təmsilçimiz 0:5 hesabı ilə məğlub olub.
“Qarabağ” isə II təsnifat mərhələsinin cavab oyununda Xorvatiyada “Dinamo”nun qonağı olub. İlk matçda 1:2 hesabı ilə uduzan Rəşad Sadiqovun yetirmələri səfərdə də rəqibinə 0:7 hesabı ilə məğlub olub.













