Riçard Almeyda Bakıdadır - VİDEO
“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Riçard Almeyda Bakıya gəlib.
Redaktor.az xəbər verir ki, braziliyalı futbolçu bununla bağlı sosial şəbəkə hesabında video paylaşıb.
“Yaxşı övlad doğma evinə qayıdar”, - o, paylaşımında qeyd edib.
Xatırladaq ki, Almeyda 2025-ci ildə “Qarabağ”dan ayrılıb. Təcrübəli futbolçu hazırda Braziliyanın “Primavera” klubunda çıxış edir.













