Ronaldo Portuqaliya yığmasında karyerasını bitirdiyini AÇIQLADI

 14:55 05.11.2026     44

Kristiano Ronaldo Portuqaliya yığmasında karyerasını başa vurub.

Redaktor.az xəbər verir ki, bu barədə Ronaldo özü sosial şəbəkə hesablarında açıqlama yayıb.

Ronaldo 20 avqust 2003-cü ildə 18 yaşında Portuqaliya yığmasında debüt edib.

41 yaşlı futbolçu yığmanın heyətində ümumilikdə 234 oyun keçirib, 146 qol vurub.

O, yığmanın heyətində 2016-cı ildə Avropa çempionu olub.

Hücumçu hazırda Səudiyyə Ərəbistanın “Əl Nəsr” klubunda çıxış edir.

Vumart və Güvən reklamı Vumart Güvən