Ronaldo Portuqaliya millisindəki ən böyük qələbəsini AÇIQLADI

 16:09 05.11.2026     20

Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo sosial şəbəkə hesabında karyerası ilə bağlı paylaşım edərək ən böyük qələbəsinin ölkəsini təmsil etmək şərəfi olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, 41 yaşlı hücumçu milli komandadakı futbolçu karyerasının sona çatdığını açıqlayıb.

“Bu gün milli komandanın heyətində futbol meydanındakı yolum sona çatır. Bütün həyatım boyu dünyanın ən yaxşısı olmağa çalışmışam. Bu gün isə anlayıram ki, mənim ən böyük qələbəm dünyanın ən yaxşı ölkəsini təmsil etmək şərəfi olub”, – deyə Ronaldo bildirib.

Qeyd edək ki, futbolçunun oktyabr ayında keçirilən milli komanda oyunları ərəfəsində baş məşqçi Jorje Jezuşla münaqişə yaşadığı bildirilir. Norveçlə Millətlər Liqası matçında start heyətində yer almayan Ronaldo məşqçinin qərarından narazı qalaraq komandanın düşərgəsini tərk edib və son üç məşqdə iştirak etməyib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən