“Qarabağ” və “Neftçi” növbəti oyunlara çıxır - Premyer Liqa

 10:46 06.11.2026     70

Bu gün Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.

Redaktor.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq.

Günün ilk matçında "Qarabağ" doğma meydanda "Turan Tovuz"u qəbul edəcək. "Azərsun Arena"da keçiriləcək görüş saat 18:00-da başlayacaq. Hazırda Ağdam təmsilçisi 19 xalla turnir cədvəlinin üçüncü, Tovuz klubu isə 18 xalla dördüncü pilləsində qərarlaşıb.

Günün digər qarşılaşmasında "Neftçi" "Palms Sports Arena"da "Kəpəz"lə üz-üzə gələcək. Saat 20:00-da başlayacaq oyunda paytaxt təmsilçisi lider mövqeyini qorumağa çalışacaq. "Neftçi" 21 xalla turnir cədvəlinə başçılıq edir. Gəncə klubu isə 17 xalla beşinci yerdədir.

Vumart və Güvən reklamı Vumart Güvən